10 C
Baku
Friday, December 13, 2024

Rusiyanın rəqəmsal attaşeləri Azərbaycanda fəaliyyətə başlayacaq

Rusiyanın rəqəmsal attaşeləri 2024-cü ildə Azərbaycanda fəaliyyətə başlayacaq. Bu barədə COMNEWS.RU portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiyanın rəqəmsal attaşeləri artıq 17 ölkədə fəaliyyət göstərir, 2023-2024-cü illərdə onların siyahısı genişləndiriləcək.

Rəqəmsal attaşelər artıq Argentina, Ermənistan, Vyetnam, Mərakeş, Misir, Hindistan, İran, Qazaxıstan, Malayziya, BƏƏ, Pakistan, Türkiyə, Özbəkistan, CAR, Kuba, Çin və Taylandda fəaliyyət göstərir.

2023-cü ildə rəqəmsal attaşelər Belarus, Braziliya, İndoneziya, Qırğızıstan, Serbiya və Tacikistanda, 2024-cü ildə isə Azərbaycan, Əlcəzair, Macarıstan, Peru və Səudiyyə Ərəbistanında fəaliyyətə başlayacaq.

Rəqəmsal attaşelər Rusiya Federasiyasının xaricdəki ticarət nümayəndəliklərinin ştatlı əməkdaşlarıdır. Onlar Rusiyanın ixrac fəaliyyəti ilə məşğul olan İT şirkətlərinin dəstəklənməsi üzrə vəzifələri icra edirlər.

Son xəbərlər
Digər xəbərlər