-3 C
Baku
Sunday, December 15, 2024

Səhmdarı təşəbbüsünə görə onu ümumi yığıncaqdan çıxarıblar

Bu gün, iyunun 27-də “Bakelektroqaynaq” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib. Yığıncaqda 2018-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri təsdiq edilib. Səhmlərinin 99%-i “Baku Steel Company” MMC-yə məxsus olan şirkətin minoritar səhmdarları maliyyə göstəricilərindən daha çox, onların elementar hüquqlarının pozulmasından narazı qalıblar.

Səhmdar Vidadi Məmmədovun sözlərinə görə, o, ümumi yığıncağa sədrlik üçün alternativ namizəd irəli sürüb. “Bundan dərhal sonra İdarə Heyətinin sədri Süleyman Məmmədovun tələbi ilə qurumun təhlükəsizlik xidməti məni zaldan çıxardı. Buna görə şirkətin fəaliyyəti barədə məlumat ala, təkliflər verə bilmədim”, deyə səhmdar Turan-a bildirib.

Son xəbərlər
Digər xəbərlər