21 C
Baku
Thursday, April 25, 2024

Səhmdarları sement zavodundan ‘yarıdı’ – divident alıblar

“Norm” MMC-nin 2018-ci ilin yekunları üzrə mənfəəti əvvəlki ildəki qədərdir. Eyni zamanda, sement istehsalçısının satışdan gəlirləri keçən ilə nisbətən 18,3% artıb.

Maliyyə hesabatına əsasən, sement zavodu 86,9 milyon manat dəyərində məhsul satışından 149,4 milyon manat qazanıb. Müəssisənin idarə edilməsi üzrə inzibati xərclər (4 milyon 464 min manat) il ərzində 13 faiz azalıb. Mənfəət vergisi çıxılmazdan əvvəlki mənfəət 43,3 milyon manat (+ 24,7 faiz) təşkil edib. Şirkət 8 milyon 522 min manat mənfəət vergisi ödəməlidir. Maraqlıdır ki, əvvəlki ildə 34,7 milyon manat məbləğində mənfəətə baxmayaraq, 2017-ci il üçün bu vergi gəlirindən ödənilməli olan məbləğ 42 min manat təşkil edib. Azərbaycanda mənfəət vergisi 20% təşkil edir.

©Turan

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər