“Azərişiq” ASC daha bir şirkətlə 8 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkət “Dizayn İnşaat Group” MMC-dir. Müqavilədə Şəki və Oğuz rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi, elektrik təchizatı (Şəki ərazisi üzrə) işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 8 097 777 manatdır.
Qeyd edək ki, “Dizayn İnşaat Group” MMC 2019-cu ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Bu MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Vüsal Osmanovdur.