9 C
Baku
Friday, December 13, 2024

Şahdağda bir günlük istirahət neçəyə başa gəlir? – QİYMƏTLƏR

Azərbaycanda turistlərin üz tutduğu qış istirahət əyləncə mərkəzlərindən biri də Şahdağ istirahət və əyləncə kompleksidir. Burada müxtəlif növ xizək və snowboard xidmətləri təklif olunur.
Banker.az olaraq bu dəfə turizm kompleksində xizək və xizək avadanlıqlarının kirayə qiymətlərini, xizəkçilər üçün keçid biletləri, kanatla gəzintilərin qiymətlərini araşdırdıq.

“Kanat yolları (Ski Lift)” Qiyməti:

Piyadalar üçün bilet (yetkinlər üçün): Lift 1-5 – 15₼

Piyadalar üçün bilet (uşaqlar üçün): Lift 1-5 – 10₼

Piyadalar üçün bilet (6 yaş və aşağı) – Ödənişsiz

Piyadalar üçün bilet (70 yaşdan yuxarı – şəxsiyyət vəsiqəsi təqdim edilməklə) – Ödənişsiz

Piyadalar üçün bilet (fiziki məhdudiyyətli – vəsiqə təqdim edilməklə) – Ödənişsiz

Piyadalar üçün bilet (şəhid ailəsi üzvləri – vəsiqə təqdim edilməklə) – Ödənişsiz

Piyadalar üçün bilet (veteran – vəsiqə təqdim edilməklə) – Ödənişsiz

P.S. Bəzi hallarda kanata minmək istəyənlərə lakin bunu xizək sürmək məqsədi ilə deyil,sadəcə gəzinti üçün edənlər üçün bilet aşağıda yerləşən kassalarda satılmır və onlar keçid biletini yuxarı hissədə yerləşən hotellər (Pik Palace, Park Chalet və Şahdağ) hissəsindən almalıdırlar. Bunun üçün isə, o hotellər tərəfə ya avtomobillə ya avtobusla getmək tələb olunur.

kanat yollari


Xizək turu üçün qiymətlər:

1. Avadanlıqların icarəsi

– Paket (xizək + dəri + dirəklər + ayaqqabı) Tam gün: 34₼ / Yarım gün: 28₼

– Təhlükəsizlik paketi (DVA + kürək + zond) / 15₼

2. Bələdçi ilə xizək turu

– Tam Avadanlıq (Xizək paketi + Təhlükəsizlik paketi + Bələdçi) Tam gün: 264₼ / Yarım gün: 150₼

“Şahdağ” Turizm Mərkəzində fəaliyyət göstərən xizək mağazasından siz ən müasir ləvazimatları satın ala və ya icarəyə götürə bilərsiniz. QİYMƏTLƏR:

SPORT SYSTEM (ZIRVE HOTEL)

Uşaqlar 12 yaşadək Yeni Başlayan Orta Təcrübəli
Xizək + Çubuğu 16 Xizək + Çubuğu 17 Xizək + Çubuğu 25 Xizək + Çubuğu 40
Xizək Ayyaqqabısı 12 Xizək Ayyaqqabısı 13 Xizək Ayyaqqabısı 15 Xizək Ayyaqqabısı 20
Dəbilqə 8 Dəbilqə 10 Dəbilqə 10 Dəbilqə 10
Gödəkçə 10 Gödəkçə 12 Gödəkçə 12 Gödəkçə 12
Şalvar 10 Şalvar 12 Şalvar 12 Şalvar 12
Qar Lövhəsi 30 Qar Lövhəsi 30 Qar Lövhəsi 30 Qar Lövhəsi 30
Qar Lövhəsi Ayaqqabısı 15 Qar Lövhəsi Ayaqqabısı 15 Qar Lövhəsi Ayaqqabısı 15 Qar Lövhəsi Ayaqqabısı 15
Dolab 3 Dolab 3 Dolab 3 Dolab 3
Uşaqlar 6 yaşadək Sadə Kirşə 20 Taxta Kirşə 25 Dəmir Kirşə 35

SPORT SYSTEM (SHAHDAG HOTEL & SPA)

Uşaqlar 12 yaşadək Yeni Başlayan Orta Təcrübəli
Xizək + Çubuğu 20 Xizək + Çubuğu 23 Xizək + Çubuğu 38 Xizək + Çubuğu 48
Xizək Ayyaqqabısı 14 Xizək Ayyaqqabısı 17 Xizək Ayyaqqabısı 22 Xizək Ayyaqqabısı 27
Dəbilqə 12 Dəbilqə 15 Dəbilqə 15 Dəbilqə 15
Gödəkçə 15 Gödəkçə 18 Gödəkçə 18 Gödəkçə 18
Şalvar 15 Şalvar 18 Şalvar 18 Şalvar 18
Qar Lövhəsi 33 Qar Lövhəsi 33 Qar Lövhəsi 33 Qar Lövhəsi 33
Qar Lövhəsi Ayaqqabısı 22 Qar Lövhəsi Ayaqqabısı 22 Qar Lövhəsi Ayaqqabısı 22 Qar Lövhəsi Ayaqqabısı 22
Dolab 5 Dolab 5 Dolab 5 Dolab 5
Uşaqlar 6 yaşadək Sadə Kirşə 20 Taxta Kirşə 25 Dəmir Kirşə 35

ZİP-LİNE / KANATLA SÜRÜŞMƏ

45 metr hündürlükdə 20-25 km/saat sürətlə kanatın bir ucundan digər ucuna kimi havada hərəkət edəcəksiniz. Sizə təhlükəsizlik ləvazimatları veriləcək və daim nəzarət altında olacaqsınız.

Yaş:

14+

Qiymət:

2 eniş – 18₼

1 eniş – 10₼

zipline


AVTOXİZƏKDƏ GƏZİNTİ

Yerli bələdçilər sizi təhlükəsizlik qaydaları ilə tanış edərək bu güclü maşınların necə idarə olunmasını izah edəcəklər. Bu gəzinti ilə siz dağların başına qalxaraq, istirahət mərkəzi və ətraf ərazilərin mənzərəsindən zövq alacaqsınız.

Qiymət:

1 nəfər – 45₼

2 nəfər – 60₼


QIŞ HAYKİNQİ

1. Qar ayaqqabısı ilə haykinq. Bələdçi ilə gəzinti

Avadanlıq: qar ayaqqabıları və gəzinti çubuqları

– Yarım gün / Böyüklər: 23₼

– Tam gün / Böyüklər: 35₼

2. Bələdçi ilə gəzinti

Avadanlıq:yalnız gəzinti çubuqları daxildir (qarsız qış və yay mövsümündə mümkündür)

– Yarım gün / Böyüklər: 17₼ (minimum 3 nəfər)

– Tam gün / Böyüklər: 19₼ (minimum 3 nəfər)

3. Bələdçi olmadan avadanlığın icarəsi

Avadanlıq: Qar ayaqqabısı və gəzinti çubuqları

– Yarım gün / Böyüklər: 5₼

– Tam gün / Böyüklər: 8₼

qis haykinqi scaled


XİZƏKÇİLƏR ÜÇÜN KEÇİD BİLETLƏRİ

Həftə sonu və bayram günləri Böyüklər
Uşaqlar (6-11 yaş)
Başlanğıc 28 23
Yarım gün 28 23
1 gün 38 28
2 gün 61 46
3 gün 89 69
4 gün 102 82
5 gün 115 95
6 gün 128 108
7 gün 141 121
Həftə içi günləri Böyüklər Uşaqlar (6-11 yaş)
Başlanğıc 23 18
Yarım gün 23 18
1 gün 33 23
2 gün 56 41
3 gün 79 59
4 gün 92 72
5 gün 105 85
6 gün 118 95
7 gün 126 106

PİYADALAR ÜÇÜN KEÇİD BİLETLƏRİ

Piyadalar üçün keçid biletləri Böyüklər Uşaqlar (6-11 yaş)
Həftə içi günləri 13 10
Həftə sonu və bayram günləri 18 13

MÖVSÜM ÜÇÜN XİZƏK BİLETLƏRİNİN QİYMƏTLƏRİ

Günlər Böyüklər Uşaqlar (6-11 yaş)
1-7 günlər 650₼ 370₼
1-5 günlər 540₼ 310₼
Son xəbərlər
Digər xəbərlər