“Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu” publik hüquqi şəxs Azərbaycan bank tədris mərkəzinə 9 mina yaxın pul ödəyəcək.
Banker.az xəbər verir ki, Sahibkarlığın İnkişaf Fondu Azərbaycan bank tədris mərkəzi (ABTM) ilə müqavilə bağlayıb.
Məbləği 8 496 manat olan müqavilədə təlim xidmətləri nəzərdə tutulur.
Xatırladaq ki, ABTM 2000-ci ildə yaradılıb və qanuni təmsilçisi Cavanşir Abdullayevdir.