Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan APA-ya verilən məlumata görə, görüşdə “Cənub Qaz Dəhlizi” layihəsi, ARDNF-nin də sərmayə yatırdığı EBRD-nin idarə etdiyi Səhm İştirak Fondu, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.