9 C
Baku
Thursday, December 12, 2024

Sakit okeanda Çin-ABŞ rəqabəti qızışır

Son zamanlarda daha da artan Çin-ABŞ rəqabəti Sakit okean regionunda da özünü göstərir.

Belə ki, Çin Sakit okeanın ada ölkələri üzərində hökmranlığını gücləndirməyə çalışır və ABŞ Çinin təsirini tarazlaşdırmaq üçün ada ölkələri ilə tərəfdaşlığını gücləndirmək istəyir. Bunun nəticəsi olaraq, Vaşinqton və Pekin arasında geosiyasi rəqabət və gərginlik artdığı vaxtda, ABŞ prezidenti Co Baydenin rəhbərliyi ilə ilk dəfə 28-29 sentyabr tarixlərində Vaşinqtonda ABŞ-Sakit Okean Adaları Ölkələri Sammiti keçirildi. Sammit Çinin Solomon adaları ilə təhlükəsizlik razılaşması, ada ölkələrinə səfərləri və ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra ABŞ-Çin rəqabətinin kəskinləşdiyi bir vaxtda baş tutdu.

Banker.az xəbər verir ki, Sammitə reaksiya verən Çin ABŞ-ı “əməkdaşlıq adı altında geosiyasi münaqişələrə girməkdə” və “Sakit okean adaları regionuna blok münaqişəsi gətirməkdə” ittiham edib. Bundan əlavə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq “əməkdaşlıq adı altında geosiyasi münaqişələrə girməyəcəklərini” vurğulayıb.

Dünyanın yaxından izlədiyi Sakit okeanda ABŞ-Çin rəqabətinin güclənməsi ada ölkələrini “fövqəlgüclərin nüfuz savaşının ortasında qaldıqlarını” düşünməyə vadar edir.

Bununla belə, Sakit okean ada ölkələri iqlim böhranı başda olmaqla, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində əməkdaşlığa ehtiyac duyur.

 

 

Son xəbərlər
Digər xəbərlər