15 C
Baku
Saturday, May 4, 2024

“Samsung” ürək döyüntüsü və qan təzyiqini ölçən displey təqdim edib

“Samsung” ürək döyüntüsü və qan təzyiqini ölçən displey təqdim edib. Yenilik Los-Ancelesdəki “Display Week 2023” sərgisində nümayiş etdirilib, Banker.az bu barədə Vedomosti-yə istinadən xəbər verir.

OLED texnologiyası ilə hazırlanmış displey ekranın istənilən yerindən barmaq izini tanıya bilir. Eyni zamanda, sensorlar qan damarlarını izləyə və bununla da nəbz, qan təzyiqi və stres səviyyəsini hesablayır.

Bundan əlavə, sərgidə 49 mm uzunluğunda “Rollable Flex” displeyi nümayiş etdirilib. Qatlanan zaman cihaz adi telefon kimi, açıldıqda isə planşet və ya noutbuk kimi istifadə oluna bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər