12 C
Baku
Wednesday, December 11, 2024

Satışı ƏDV-dən azad olunan yem və yem əlavələrinin siyahısı təsdiqlənib

“Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı” təsdiqlənib.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, siyahıya qüvvəli, qaba və sulu-şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı amin turşuları, heyvandarlıqda və quşçuluqda yem əlavəsi təyinatlı minerallar, vitaminlər və digər maddələr şəklində qruplaşdırılmaqla 73 növdə yem və yem əlavələri daxil edilib.

Xatırladaq ki, Vergi Məcəlləsinin 164.1.46-cı maddəsinə əsasən, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilib. Vergi azadolması məhsul növünə görə deyil, alıcıya görə tətbiq edildiyindən, ötən dövr ərzində vergi ödəyicilərindən daxil olan sorğular həmin yem və yem əlavələrinin dəqiq siyahısının müəyyənləşdirilməsi və ƏDV-dən azadolmanın inzibatçılığının qurulması zərurətini yaradıb. Çünki bəzi hallarda eyni növ məhsul həm yem və yem əlavəsi hesab olunur, həm də insan qidası üçün nəzərdə tutulur.

Bu məqsədlə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunla Vergi Məcəlləsinin 164.1.46-cı maddəsində dəyişiklik edilib. Azərbaycan Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1533 nömrəli Fərmanının 2.1.4-cü yarımbəndi ilə heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısının müəyyən edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər