20 C
Baku
Sunday, May 5, 2024

“Saudi Aramco” əlavə 10 mlrd. dollarlıq səhmini yerləşdirə bilər

Səudiyyə Ərəbistanı fevral ayında “Saudi Aramco” neft şirkətinin səhmlərinin əlavə yerləşdirilməsi planına qayıda bilər. Mənbələrin bildirdiyinə görə, ölkənin hakimiyyət orqanları şirkətin səhmlərini Ər-Riyad birjasında sataraq ən azı 40 milyard Səudiyyə riyalı (10 milyard dollar) toplamaq ümidi ilə bir qrup məsləhətçi ilə işləyir.

Məlumata görə, yerləşdirmənin vaxtı ilə bağlı yekun qərar hələ qəbul edilməyib və Səudiyyə rəsmiləri prosesi yenidən təxirə sala bilər.

Səudiyyə Ərəbistanı 2019-cu ildə təxminən 30 milyard dollar dəyərində səhm yerləşdirərək “Aramco”nun IPO-sunu keçirib.

Şirkətin kapitallaşması 2 trilyon dollardan bir qədər çoxdur. Səudiyyə Ərəbistanı hökuməti birbaşa “Aramco” səhmlərinin təxminən 90%-nə sahibdir, şirkətin səhmlərinin daha 8%-i isə İctimai İnvestisiya Fondu (PIF) tərəfindən idarə olunur. “Aramco” səhmləri çərşənbə günü ticarətdə 2.2% ucuzlaşaraq 30.6 riyala düşüb. Son 12 ayda onların dəyəri 3.3% artıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər