18 C
Baku
Thursday, April 25, 2024
Home Məqalələr Bu maraqlıdır Seat İbiza modelinin beşinci nəsli təqdim edildi

Seat İbiza modelinin beşinci nəsli təqdim edildi

0
Seat İbiza modelinin beşinci nəsli təqdim edildi

Bir neçə həyəcanverici anonslardan sonra ispan avtomobil istehsalçısı olan Seat şirkəti beşinci nəsil İbiza hetçbekinin üzərindən sirr pərdəsini qaldırmışdır. Yeni Seat İbiza modelinin kütləvi təqdimat mərasimi mart ayında İsveçrədə keçiriləcək 87-ci beynəlxalq Cenevrə avtosalonunda baş tutacaqdır.

Seat nümayədələri, Barselonada keçirilmiş təqdimat mərasimində, beşinci nəsil İbiza modelinin Volkswagen Group konserninin MQB A0 adlı modul platformasında hazırlanmış ilk avtomobil olduğunu xüsusi qürur hissi ilə qeyd etmişdirlər. Sonradan bu arxitekturanın yeni nəsil Volkswagen Polo və Şkoda Fabia modellərinin əsasını təşkil edəcəyi də bildirilmişdir. Eyni zamanda, bu platformada gələcək yığcam Seat Arona krossoveri də istehsal ediləcəkdir. Avtomobilin dərc edilmiş fotoşəkillərindən də göründüyü kimi, Seat İbiza hetçbekinin dizaynı onun “böyük qardaşı” olan Leon modelinin üslubunda tərtib edilmişdir. Yeni modelin qabarit ölçüləri böyümüş və müvafiq olaraq iç məkanı da genişlənmişdir. Bununla bərabər, İbiza modelinin avadanlıq siyahısına yeni texnologiyalıar əlavə edilmişdir.

Qeyd etmək lazımdır ki, Seat İbiza yalnız 5-qapılı kuzovla təklif ediləcəkdir. Arona krossoverinin hazırlanması səbəbi ilə, çox da böyük tələbata malik olmayan 3-qapılı hetçbek və 5-qapılı universaldan imtina edilmişdir.

44103 src

Yeni nəsil Seat İbiza modelinin qabarit uzunluğu 4050 mm (- 2 mm), eni – 1780 mm (+ 87 mm), hündürlüyü isə 1444 mm ( – 1 mm) təşkil edir. Avtomobilin təkər bazasının uzunluğu 95 mm artaraq 2564 mm bərabər olmuşdur. Bununla yanaşı, avtomobilin baqaj bölməsinin həcmi 355 litrə qədər artırılmışdır. Bu göstəriciyə görə İbiza sinfində ən yaxşılardandır. Beşinci nəsil Seat İbiza modelinin mühərrik çeşidinə 150 at qüvvəsi olan 1.5-litrlik TSI Evo benzin mühərriki daxil edilmişdir.

Bundan başqa, alıcılar 95 və 115 at qüvvəsi olan 1.0-litrlik benzin mühərriki və 80, 95 və 110 at qüvvəli 1.6-litrlik dizel mühərriki ilə təchiz ediləcəkdir. Yeni avtomobil həmçinin qazla çalışan və 90 at qüvvəli 1.0-litrlik mühərriki olan CNG variantında da təklif ediləcəkdir.

Ötürmələr qutusu, 5 və 6-pilləli mexaniki ötürmələr qutusu, həmçinin 7-pilləli DSG “robotu” ilə təmsil edilmişdirlər.