Bu ilin sentyabr ayında Azərbaycandan Türkiyənin İstanbul şəhərinə 31 140 nəfər səyahət edib.
Bu barədə yerli mədəniyyət və turizm idarəsi məlumat yayıb.
Məlumata görə, bu, ay ərzində İstanbula gəlmiş turistlərin təxminən 2%-i deməkdir. Ötən ay İstanbula ümumilikdə 1,607 milyon turist səfər edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 64% çoxdur.
Hesabat dövründə İstanbula ən çox Rusiyadan (170 230) turist gedib. Onları Almaniya (114 439), İran (110 539), ABŞ (77 039) və Böyük Britaniya (58 028) vətəndaşları izləyib.