8 C
Baku
Friday, December 13, 2024

Sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyata keçirilmiş 350 milyon 35 min manat sığorta ödənişinin 297 milyon 939 min manatı və yaxud 85.1%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər “PAŞA Həyat Sığorta” (175 milyon 706 min manat), “PAŞA Sığorta” (55 milyon 814 min manat), “Atəşgah Həyat Sığorta” (39 milyon 980 min manat), “Xalq Sığorta” (14 milyon 129 min manat) və “Atəşgah Sığorta” (12 milyon 310 min manat) ASC-lərdir.

10 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Xalq Həyat Sığorta” (0 manat), “Amrah Sığorta” (749 min 40 manat), “AXA Mbask” (626 min 91 manat), “Bakı Sığorta” (312 min 96 manat), “Rəvan Sığorta” (308 min 43 manat) və “Naxçıvansığorta” (22 min 26 manat) ASC-lərdir.

Son xəbərlər
Digər xəbərlər