8 C
Baku
Friday, December 13, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Şirkət qrupu “Bank Standard”dan götürülmüş kreditlə bağlı açıqlama verdi

Şirkət qrupu “Bank Standard”dan götürülmüş kreditlə bağlı açıqlama verdi

0
Şirkət qrupu “Bank Standard”dan götürülmüş kreditlə bağlı açıqlama verdi

“AS Group Investment” şirkətlər qrupunun “Bank Standard” QSC-yə olan kredit borcu 77 milyon 750 min manatdır. “AS Group Investment” bu vəsaitin götürülməsi üçün şirkətə və sahibkara aid ümumi dəyəri kredit məbləğindən bir neçə dəfə çox olan torpaq sahələri, mənzil, yaşayış və qeyri yaşayış sahələri, əmlak kompleksləri girov qoyulub.

Banker.az xəbər verir ki, bu barədə “AS Group Investment”dən məlumat verilib.

Məlumatda bildirilir ki, şirkətin hazırda “Bank Standard” QSC-dən başqa, daha 3 bankda müxtəlif məbləğlərdə krediti mövcuddur və götürülmüş vəsaitlər ölkədə və bölgədə iri layihələrin icrasına yönəldilib. Şirkətlər qrupu əldə etdiyi kreditləri gəlirli layihələrinə yönəldərək həmin vəsaitləri qazanca çevirir. “AS Group Investment”in aktivlərinin dəyəri götürdüyü kreditlərdən dəfələrlə çoxdur.

7de76686 dc06 4142 8b52 1042682f513e
Bank Standard-ın Baş ofisindən çəklimiş şəkil /FOTO: Report

Hazırda şirkətlər qrupunun layihələrində 2000 nəfərdən çox şəxs çalışır. Şirkətlər qrupunun icra etdiyi ən son layihələrdən biri Hövsanda “Abşeron AqroPark”ının yaradılması olub ki, burada 200 ha ərazidə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi nəzərdə tutulub.