Slovakiya ABŞ ilə müdafiə sazişinin şərtlərinə yenidən baxacaq.
Bu barədə Slovakiyanın yeni müdafiə naziri Robert Kalinyak bildirib.
“Görüşdə biz ABŞ səfirinə slovakiyayönlü hökumətin mövqeyini çatdırdıq – Slovakiyanın silah-sursat anbarlarından Ukraynaya yeni yüklər göndərməyəcəyik və müdafiə müqaviləsinə yenidən baxılmalıdır”, – deyə o qeyd edib.
Bundan əvvəl Slovakiyanın yeni baş naziri Robert Fitso bəyan etmişdi ki, ölkə üçün daha əlverişli şəraitə nail olmaq üçün ABŞ ilə bağlanmış hərbi əməkdaşlıq sazişinə yenidən baxılmalıdır.