10 C
Baku
Thursday, December 12, 2024

“SOCAR Georgia”da daha bir təyinat olub

Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti “SOCAR Energy Georgia” MMC-nin baş direktorunun maliyyə məsələləri üzrə müavini təyin edilib.

Banker.az-a şirkətdən verilən məlumata görə, müvafiq vəzifəyə Rüfət Həsənovtəyin edilib. O, bu vəzifənin icrasına 2023-cü il oktyabrın 1-dən başlayır.

R.Həsənovun maliyyə idarəçiliyi sahəsində çoxillik təcrübəsi var. O, Azərbaycan Dövlət Neft Akademiyasında magistr dərəcəsi alıb və London Biznes Məktəbinin məzunudur.

Eyni zamanda, “SOCAR Energy Georgia”da 7 illik uğurlu fəaliyyətindən sonra baş direktorun maliyyə məsələləri üzrə müavini olmuş Vüqar Abdullayev baş direktorun müşaviri təyin edilib.

Məlumatlara 20 oktyabr 2023-cü il tarixində düzəliş edilib.

Son xəbərlər
Digər xəbərlər