6 C
Baku
Sunday, December 15, 2024

“SOCAR ildə 6.8 mln. kubmetr səmt qazını əhalinin istehlakına yönəldir”

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Siyəzənneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) ərazisində ildə 6 milyon 800 min kubmetr səmt qazı yığılaraq emal olunduqdan sonra yerli əhalinin istehlakına yönəldilir.

Bunu SOCAR-ın insan resursları və təhlükəsizlik üzrə vitse-prezidenti Xalik Məmmədov BMT-nin “DİM Dialoqları” təşəbbüsü çərçivəsində keçirilən “Azərbaycanda Yaşıl transformasiya” adlı konfransda panel müzakirələrdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun hesabına 15 ətraf kənd üzrə 1 250 abonentin təbii qazla təchizatı təmin olunub.

X. Məmmədov bildirib ki, bütün bunlar SOCAR-ın korporativ sosial məsuliyyəti və ətraf mühitin qorunması prinsipləri əsasında icra edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər