SOCAR iki ay ərzində Tunisə 90 milyon dollarlıq xam neft göndərib.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
“Keçən ilin dekabrında 30 milyon dollar dəyərində nefti daşıyan tanker Ceyhan limanından Tunisə yollanıb. Yanvarda isə təxminən 60 milyon dollarlıq nefti daşıyan 2 tanker Supsa limanından Tunisə göndərilib”, – deyə o bildirib.
©Azərtac