17 C
Baku
Saturday, May 4, 2024

Son 11 ildə dünyada 12 mlrd. dollarlıq kriptovalyuta oğurlanıb

Son 11 il ərzində – 2011-ci ildən 2021-ci ilə qədər – dünyada 12 milyard dollar dəyərində kriptovalyuta oğurlanıb. Qeyd edildiyi kimi, məbləğlər durmadan artır: əgər 2011-ci ildə hakkerlər birjalardan cəmi 1 milyon dollar oğurladılarsa, 2021-ci ildə bu rəqəm 4.3 milyard dollara çatıb.

Banker.az xəbər verir ki, bütün itkilərin 40%-i insanların kriptovalyuta mübadiləsinin etibarlı olub-olmadığını müəyyən edə bilməməsindən istifadə edən saxta platformalar, digər 24%-i isə çirkli pulların yuyulması səbəbindən baş verib.

Ümumilikdə oğurluq üsullarına gəlincə, ən çox yayılmış fırıldaqçılıqdır – 7.1 milyard dollar, ikinci yerdə hakkerlər və digər təhlükəsizlik pozuntularıdır – 3.2 milyard dollar.

“DeFi” (mərkəzləşdirilməmiş maliyyə) sektoruna haker hücumları hələ də geri qalır, lakin oğurluqların həcmi burada da artır: ümumi məbləğ son bir ildə demək olar ki, 12 dəfə artaraq 1.8 milyard dollara çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər