“SpaceX” şirkəti neft platformaları əsasında üzən kosmodrom inşa edəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
“TechCrunch”ın verdiyi məlumata görə, kosmodrom gələcək “Starship” raketi üçün eniş meydançası rolunu oynayacaq.
Xatırladaq ki, “SpaceX” 2021-ci ilin əvvəlində iki qazma qurğusunu alıb və onlar əsasında “Deymos” və “Fobos” kosmodromlarının inşasına başlayıb.
“TechCrunch” yazır ki, daha əvvəl “SpaceX” hipersəsli səyahətlər üçün (məsələn, Pekindən Nyu-Yorka 30 dəqiqəyə uçmaq üçün) platformalar şəbəkəsini yaratmağı planlaşdırdığını açıqlayıb.
May ayında şirkət 10 km uçuşdan sonra “Starship” raketinin prototipini uğurla Yerə endirib. Qeyd edək ki, bundan əvvəlki sınaqlar uğursuz olub və gəmilər enişdən sonra partlayıb.