“Spotify” Rusiyadakı fəaliyyətini rəsmi olaraq dayandırıb

Rusiyada “Spotify” xidmətinin yeganə hüquqi şəxsi fəaliyyətini dayandırıb. Məlumata görə, hüquqi şəxs dekabrın 14-də ləğv edilib.

“Spotify MMC” 13 yanvar 2014-cü ildə Rusiya Federasiyasında dövlət qeydiyyatına alınıb, 6 fevral 2023-cü ildə xidmət ləğvetmə ərizəsi göndərib. İsveç musiqi xidməti mövcud vəziyyətin hərtərəfli təhlilindən sonra 2022-ci il aprelin 11-də Rusiyada fəaliyyətini dayandırıb.

Bildirilir ki, bundan “Spotify” Rusiyada işləməyəcək, lakin istifadəçilər tətbiqin parametrlərində ölkəni dəyişərək xidmətdən istifadə etməyə davam edə biləcəklər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər