6 C
Baku
Sunday, December 15, 2024

Stoltenberq: “Əsas diqqətimiz Ukraynanın qalib gəlməsinə yönəlib”

“NATO-ya üzv olan bütün ölkələr Ukraynanın Alyansa üzv olacağına dair razılığa gəliblər, lakin hazırda əsas diqqətimiz Ukraynanın qələbəsinin təmin edilməsinə yönəlib”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında keçiriləcək görüşdən əvvəl bildirib.

O qeyd edib ki, suveren və müstəqil Ukrayna olmadan onun NATO-ya üzvlüyünü müzakirə etməyin də mənası yoxdur.

Baş katibin sözlərinə görə, müharibələr mahiyyət etibarilə təxminedilməz olduğuna görə heç kəs Rusiya və Ukrayna arasında gedən döyüşlərin nə vaxt bitəcəyini söyləyə bilməz: “Ümid edirik ki, Ukrayna bu istiqamətdə mühüm uğurlar əldə edəcək və dayanıqlı sülh bərqərar olacaq”.

Son xəbərlər
Digər xəbərlər