24 C
Baku
Monday, April 29, 2024

Stoltenberq: “İsveçin NATO-ya üvzlüyü məsələsində irəliləyiş əldə olunub”

“İsveçin NATO-ya üvzlüyü məsələsində irəliləyiş əldə olunub”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq Ramştayn aviabazasında Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclası başlamazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

Hazırda bu istiqamətdə danışıqların davam etdirildiyini söyləyən baş katib bir neçə həftə əvvəl Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin Alyansa daxil olması ilə bağlı fikir mübadiləsi apardığını xatırladıb.

O, bu məsələdə irəliləyişlərin olduğunu vurğulayıb.

Y.Stoltenberq İsveçin ötən il Madrid sammitində verdiyi bütün vədləri artıq yerinə yetirdiyini bildirib: “Lakin mən Vilnüsdə keçiriləcək sammitdə İsveçin Alyansın tamhüquqlu üzvü ola biləcəyinə əmin deyiləm. Biz başa düşməliyik ki, Türkiyənin müəyyən təhlükəsizlik məsələləri var”.

Qeyd edək ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edib və Ukraynadakı hadisələrin onları bu addımı atmağa sövq etdiyini bildirib.

Finlandiya isə bu ilin aprelində Alyansa rəsmi üzv olub. Türkiyə İsveçin üzvlüyünü hələ ki, təsdiqləməyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər