3 C
Baku
Saturday, December 14, 2024

Stoltenberq: “Ukraynanın qorunub saxlanması NATO-ya üzvlükdən daha vacibdir”

NATO-nun qapıları açıq qalır, lakin Ukrayna məsələsində prioritet bu ölkəyə müstəqilliyini qoruyub saxlamağa kömək etməkdir.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində belə deyib.

“NATO-nun qapıları açıq qalır. Biz Monteneqro, Şimali Makedoniya, Finlandiya və İsveçə icazə verməklə bunu sübut etdik. Yalnız Ukrayna və 30 iştirakçı ölkə üzvlüklə bağlı qərar verməlidir”.- deyə Stoltenberq bildirib.

Bununla belə Baş katib deyib ki, Ukraynada silahlı münaqişə var və hamı başa düşməlidir ki, NATO-nun əsas prioriteti bu ölkəyə dəstək olmaqdır.

“İndi əsas vəzifə Ukraynanı müstəqil dövlət kimi qorumaqdır. NATO-ya üzvlük məsələsi daha sonra müzakirə olunacaq”, – deyə NATO-nun baş katibi vurğulayıb.

Stoltenberq bir daha bəyan edib ki, NATO münaqişə tərəfi deyil.

“Ukraynada NATO qoşunları yoxdur. Bununla belə, biz ona özünü müdafiə etməyə kömək edirik. Bu, bizi müharibənin hansısa bir tərəfi etmir və biz bu münaqişəyə cəlb olunmayacağıq”, – deyə o əlavə edib.

Son xəbərlər
Digər xəbərlər