1 C
Baku
Saturday, December 14, 2024

Sükanı qopmuş “Tesla” sahibinə yeni avtomobil veriləcək

Yanvarın 30-da “Tesla Model Y” sürücüsü xoşagəlməz hadisə ilə rastlaşıb. Belə ki, magistral yol ilə hərəkət zamanı avtomobilin sükanı yerindən çıxıb. Sözlərinə dəstək olaraq sürücü avtomobilin şəkillərini təqdim edib.

Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Evakuator çağırılıb və elektromobil servis mərkəzinə çatdırılıb, sükan yerinə oturdulub. Lakin avtomobil sahibinin problemləri bununla bitməyib. “Tesla”nın nümayəndəsi avtomobil sahibi ilə əlaqə saxlayıb və hadisənin səbəblərini araşdıracağını bildirib. Eyni zamanda, avtomobil sahibinə 103.96 dollarlıq hesab təqdim edib.

Qəzəbli sürücü İlon Maska müraciət edərək, nasazlığın səbəbi kimi istehsal qüsurunun olmasını, maşını və pulunu geri qaytarmaq istədiyini deyib. O, “Tesla”ya inamını itirdiyini və avtomobilini sürməyə davam etməkdən qorxduğunu da əlavə edib.

Şirkət zərərçəkmişlə bir qədər mübahisə etdikdən sonra ona tamamilə yeni avtomobil veriləcəyini deyib. Qəza ilə bağlı şərh bildirən sürücü qeyd edir ki, o, “Tesla”nın istehsal qüsurunu etiraf etmək və geri çağırma kampaniyasına başlamaq əvəzinə bu qərarı “xoşməramlı jest” kimi təqdim etməsindən çox məyusdur.

Son xəbərlər
Digər xəbərlər