Banker.az əbər verir ki, Skandinaviyanın Nordea bankı süni intellektin köməkliyi ilə müştərilərin mətn formatında olan ərizələrini təhlil edərək onları müvafiq bölmələrə göbdərəcək.
Bankda istifadə olunacaq bu texnologiyanı hələ keçən il Estoniyanın Feelingstream startapı yaradıb və sınaqdan keçirib.
Süni intellekt müştərilər tərəfindən göndərilən ismarıcları təhlil edir və uyğun siniflərə ayırır. Bunun ardınca isə tenologiya avtomatik olaraq bu məlumatları müvafiq bölməyə və yaud növbəti mərhələ üçün Nordea bankının məsul əməkdaşına yönləndirir.
Proqram təminatı saniyədə yüzlərlə ismarıcı təhlil etməyə qadirdir ki, bu da cavab vermə prosesini sürətləndirir və müştərilərə xidmət səviyyəsini yaxşılaşdırır.