Şuşaya növbəti turist səfərinin 15-16 aprel tarixlərində olması gözlənilir.
Bu barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.
O bildirib ki, səfər ikigünlük olacaq.
“İndiyə qədər cəmi bir dəfə martın 18-də Şuşaya turist səfəri gerçəkləşdirilib” – deyə o qeyd edib.