8 C
Baku
Friday, December 13, 2024

Taleh Kazımov: “Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır”

Mərkəzi Bankın sədri Taleh Kazımov bankların tranzaksiya faizinin yüksək olmasına münasibət bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib ki, haqq və komissiyalar olmasa, banklar nağdsız ödənişləri təşviq edə bilməyəcəklər.

“Banklar ona görə komissiyanı artırır ki, vəsaiti nağd çıxarmaq sərf etməsin, getsin ödəniş etsin. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi isə qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, – deyə Taleh Kazımov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər