15 C
Baku
Saturday, April 20, 2024

Mərkəzi Bankın rəhbəri bankların bağlanma səbəbini açıqlayıb

Azərbaycanda fəliyyət göstərən banklarda hansısa problemlər vaxtında aradan qaldırılmayıbsa və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır.

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Maliyyə sektoru hansısa aptek və ya yanacaq doldurma biznesi deyil, odur ki, bu sektor mütəmadi nəzarət altındadır. Bəzi banklar çox aktivdir, bəzilərinin fəaliyyəti normaldır, bəzisi isə problemlidir və həcmindən asılı olmayaraq bütün maliyyə sektoruna xələl gətirə bilər.

Bankların bağlanmasını istəməzdim. Amma böyük problemi olan təşkilatlarda vaxtında işlər görülməlidir. Görülməyibsə və ya görülən işlərin faydası yoxdursa, onlar bağlanmalıdır. Çünki maliyyə sektoru iqtisadiyyatın real sektorununun mərkəzindədir. Orda olan problemlər bütün iqtisadiyyatımıza təsir edəcək”, – deyə T.Kazımov bildirib.

Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. 2011-ci ildən bugünədək ölkədə 22 bank bağlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər