10 C
Baku
Thursday, December 12, 2024

Tehran Dağlıq Qarabağ münaqişəsinə müdaxilə edəcəkmi?

Tehran Dağlıq Qarabağ münaqişəsi iştirakçıları tərəfindən ölkə ərazisinə təkrar zərbələr endirməyə imkan verməyəcək.

Banker.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Hatibzadə məlumat verib.

“İran bu cür hücumların təkrarlanmasına laqeyd qalmayacaq”, – “TASS” Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən qeyd edib.

Diplomat vurğulayıb ki, İranın sərhəd bölgələrindəki sakinlərin təhlükəsizliyinin təmin edilməsi, ölkənin Silahlı Qüvvələrinin prioritetlərindən biridir.

Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsindəki çaxnaşma sentyabrın 27-də alovlanıb. Atəşi dayandırmaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusu əks-hücuma keçərək düşmənin hərbi texnikasını, hərbi infrastrukturunu və canlı qüvvəsini məhv edib. Hazırda Dağlıq Qarabağda atəşkəs rejimi elan edilsə də, lokal döyüşlər davam edir.

Son xəbərlər
Digər xəbərlər