Tenderlərdə qalib gələn şirkət gəlirlərini 17 mln. manata qaldırıb

“Kaskad-Hidro M” MMC 2026-cı ilin yekunlarına görə 2.8 mln. manat xalis mənfəət əldə edib ki, bu da illik müqayisədə təxminən 2% azalma deməkdir. Halbuki, 2025-ci ilin eyni dövründə bu göstərici 2.9 mln. manat təşkil edib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik hesabatında qeyd edilir.

Şirkətin bölüşdürülməmiş mənfəəti isə 5.9 mln. manata çatıb.

Hesabat dövründə şirkətin əsas fəaliyyətdən gəlirləri 17.6 mln. manat təşkil edib. Satışın maya dəyəri 11.8 mln. manat olub, inzibati xərclər 1.5 mln. manat, sair əməliyyat xərcləri isə 608 min manat səviyyəsində qeydə alınıb.

Şirkətin cəmi aktivləri 25.5 mln. manata yüksəlib ki, bu da illik müqayisədə 14% artım deməkdir. 2025-ci ildə bu göstərici 22.3 mln. manat olub.

Hesabat dövründə şirkətin cəmi kapitalı 8.6 mln. manat təşkil edib və illik müqayisədə 46% artıb. Cəmi öhdəliklər isə 17 mln. manat səviyyəsində olub ki, bu da əvvəlki ilin 16.4 mln. manatı ilə müqayisədə təxminən 3% artım deməkdir.

Xatırladaq ki, “KASKAD-HİDRO” MMC bazarda 1996-cı ildən fəaliyyət göstərir. Şirkət çirkab və təmiz sular üçün geniş çeşiddə nasos aqreqatlarını təklif edir. Şirkətin adı tez-tez regional su və mellorasiya idarələrində qalib kimi çıxır. Onun nizamnamə kapitalı 10 manat məbləğindədir. Şirkətin təsisçisi Rəsulov Rauf Xudaverdi oğludur.

Son xəbərlər
Digər xəbərlər