11 C
Baku
Wednesday, May 22, 2024

“Tesla” 1 milyon avtomobili geri çağırır

“Tesla” bəzi texniki nasazlıqlara görə Çində satılan demək olar ki, bütün avtomobilləri geri çağıracaq. “Bloomberg” bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasına istinadən yazır.

Ümumilikdə şirkət 1.1 milyon elektromobili geri çağırmağı planlaşdırır. Onlar arasında Şanxayda istehsal olunan Model S, Model X və Model 3 modelləri var. Bundan əlavə, 2019-cu ilin yanvarından 2023-cü ilin aprelinə qədər Çinə idxal edilən Model 3 və Model Y də geri çağırılacaq.

Qeyd olunur ki, satılan elektrik avtomobillərdə enerji bərpa sistemində texniki problem yaranıb. Qüsur proqram təminatı yeniləməsindən istifadə etməklə aradan qaldırılacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər