23 C
Baku
Friday, April 26, 2024

“Tesla” birinci maliyyə rübündə $702 mln. zərər görüb

Amerika mənşəli sahibkara məxsus olan “Tesla” şirkəti, 2019-cu ilin ilk üç ayında 702 milyon dollar zərər görüb.

Banker.az xəbər verir ki, məlumat şirkətin çərşənbə axşamı günü dərc etdiyi maliyyə hesabatında əks edilmişdir.

CBS telekanalın qeyd etdiyi kimi, itkilər, əsasən, istehsal həcminin azaldılması ilə bağlı olub. Səhmlərin qiyməti 4,10 dollar aşağı düşüb ki, bu da ekspertlərin proqnozlarından daha pis bir nəticədir. Gəlirlərinin kəskin azalması 2018-ci ilin son iki maliyyə rübündə də davam etdiyini vurğulamaq lazımdır.

Belə ki, 2018-ci ilin son üç ayı ərzində xalis mənfəət təxminən 139,4 milyon dollar təşkil edib, üçüncü rübdə bu göstərici 311,5 milyon dollar olmuşdur.

Daha əvvəl Associated Press (AP) agentliyi, 2019-cu ilin birinci rübündə “Tesla” şirkətinin istehsal həcminin 10%-dan çox aşağı düşməsindən məlumat verib. Onun verdiyi məlumata görə, cari ilin ilk üç ayı ərzində əsası Palo-Alto-da (Kaliforniya ştatı) qoyulmuş bu tip şirkətlər 77 100 avtomobil istehsal edə bilmişlər. Xatırladaq ki, 2018-ci ilin dördüncü rübündə bu rəqəm 86 555 avtomobil təşkil edib. Bu rəqəmlər İlon Maskın planları ilə uzlaşmır, belə ki, sahibkar şirkətin istehsal həcmini ildə 500 000 qədər artırmağı planladığını dəfələrlə ifadə edib.

“Tesla” 2003-cü ildə İlon Mask tərəfindən təsis edilmişdir. Şirkətin qərargahı Palo-Alto şəhərində yerləşir. İlkin dövrdə yalnız elektrik avtomobillərin istehsalı üzrə ixtisaslaşan bu şirkət, hal-hazırda günəş batareyaları və digər enerji saxlama sistemlərinin yaradılması ilə məşğul olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər