3 C
Baku
Saturday, December 14, 2024

“Tesla” daha ucuz avtomobillər istehsal edəcəyini açıqladıqdan sonra səhmləri 5% ucuzlaşıb

“Tesla”nın səhmləri çərşənbə günü birjada ticarət sessiyasının başa çatmasından sonra 5.27% ucuzlaşıb. Qiymətli kağızların qiyməti 10.66 dollar azalaraq 192.11 dollara düşüb, Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Martın 1-də “Tesla” İnvestor Günü keçirib və bu tədbirdə şirkətin baş direktoru İlon Mask şirkətin gələcək illərdə inkişafı üçün üçüncü planını təqdim edib. “Financial Times” xəbər verir ki, bu, xeyli ucuz başa gələcək yeni elektrik avtomobil modelinin buraxılmasını nəzərdə tutur.

Maşınqayırma şöbəsinin rəhbəri Lars Moravi bildirib ki, şirkət yaxın bir neçə il ərzində istehsala başlamağı planlaşdırır. Lakin “Tesla” rəhbərliyi konkret tarixləri və ən azı gələcək avtomobilin təxmini qiymətini açıqlamayıb.

“Bloomberg” yazır ki, Maskın planları investorları heyrətləndirməyib, çünki o, çoxdan gözlənilən yeni nəsil elektrik avtomobillər haqqında heç bir məlumat verməyib.

2022-ci ilin dekabr ayının sonunda Mask investorları “birja çılğınlığı”ndan narahat olmamağa çağırıb. Milyarder əmin edib ki, “Tesla” əla nəticələr göstərməkdə davam edir və o, gələcəkdə şirkətin dünyanın ən dəyərli şirkəti olacağına əmindir.

Qeyd edək ki, hazırda ən ucuz “Tesla” avtomobili “Model 3”dür. ABŞ-da onun qiyməti 42 990 dollardan başlayır.

Son xəbərlər
Digər xəbərlər