2 C
Baku
Saturday, December 14, 2024

“Tesla” səhmləri 2024-cü ildə satış artımının “xeyli aşağı ola biləcəyi” xəbərdarlığından sonra 10% düşüb

“Tesla” səhmləri 2024-cü ildə satış artımının “xeyli aşağı ola biləcəyi” xəbərdarlığından sonra 10% düşüb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir. Daha əvvəl şirkət 2023-cü ilin dördüncü rübü üçün hesabat verib: ümumi gəlir illik müqayisədə 3% artaraq 25.2 milyard dollara, elektrikli nəqliyyat vasitələrinin satışından əldə edilən gəlir yalnız 1% artaraq 21.6 milyard dollara çatıb.

“NYT” qeyd edir ki, şirkət 5.9 milyard dollar vergi güzəşti aldıqdan sonra rüblük xalis mənfəət bir il əvvəlki 3.7 milyard dollarla müqayisədə 7.9 milyard dollar təşkil edib. “Bloomberg” yazır ki, avtomobil istehsalçısı satışları artırmaq üçün 2023-cü il ərzində qiymətləri aşağı salıb və bu, mənfəətə təsir edib.

“Tesla” 2024-cü ildə avtomobil satışlarının artımının bir il əvvələ nisbətən “xeyli dərəcədə aşağı ola biləcəyini” bildirib. Bir gün əvvəl “Reuters” xəbər vermişdi ki, şirkət “Redwood” adlı yeni model üzərində işləyir və onu 2025-ci ildə buraxmağı planlaşdırır. Qiyməti hələ məlum deyil, lakin 2023-cü ildə İlon Mask iki yeni avtomobili “sərfəli qiymətlərlə” təqdim edəcəyinə söz verib.

Bu, şirkətə ABŞ-da qiyməti 39 000 dollardan başlayan “Tesla” elektrik avtomobillərini ala bilməyən müştəriləri cəlb etməyə kömək edə bilər. Agentlik yazır ki, bu vaxt istehsalçı “Cybertruck” daxil olmaqla mövcud modelləri satmağa çalışacaq.

“Nasdaq”da “Tesla” səhmləri 10%-dən çox ucuzlaşıb və Bakı vaxtı ilə saat 20:26-da bir səhm üçün 186.22 dollara başa gəlib.

Son xəbərlər
Digər xəbərlər