7 C
Baku
Thursday, December 12, 2024

Tokio Olimpiadasında günlük yoluxma rekord həddə çatıb

Oyunların təşkilat komitəsinin verdiyi məlumata görə, son bir gündə Tokioda Yay Olimpiya Oyunlarında iştirak edən 31 nəfərdə koronavirus aşkarlanıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Bu, Olimpiadanın başlanmasından bəri maksimum artımdır.

Bildirildiyi kimi, yoluxanlar arasında idmançı, podratçı şirkətlərin nümayəndələri, o cümlədən könüllülər də var. İyulun əvvəlindən Olimpiya Oyunlarında iştirak edənlər arasında COVID-19-a yoluxanların sayı 353-ə çatıb.

Bir gün əvvəl də rekord sayda yoluxma – 29 nəfər – aşkar edilib. Xüsusilə, koronavirus sinxron üzgüçülük komandasına təsir göstərib. Bununla əlaqədar olaraq, Olimpiya Oyunlarının təşkilat komitəsi yunan sinxron üzgüçüləri yarışdan uzaqlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər