Tokioda son bir gündə 2848 nəfər COVID-19-a yoluxub ki, bu da pandemiya dövründə rekord olub. Xatırladaq ki, son rekord yanvarın 7-də qeydə alınıb (2520).
Banker.az xəbər verir ki, yoluxma sayının artması Olimpiya Oyunlarının başlaması fonunda baş verib.
Artıq dördüncü dəfədir ki, Tokioda fövqəladə vəziyyət rejimi tətbiq edilir. Rejim Olimpiya və Paraolimpiya Oyunlarının sonuna qədər qüvvədə olacaq (Olimpiyada 8 avqustda bitəcək, Paraolimpiya isə 24 avqustdan 5 sentyabr tarixinədək davam edəcək).
Oyunların 23 iyulda açılışından əvvəl Yaponiyanın paytaxtında etiraz aksiyaları keçirilib. Yerli sakinlər pandemiya kontekstində genişmiqyaslı tədbirin keçirilməsinə qarşı çıxıblar. Olimpiadanın özündə 100-dən çox yoluxma halı qeydə alınıb.