1. Bir yerə səyahət edərkən özünüzün ən yaxşı cəhətlərinizi nümayiş etdirməyə çalışın.
2. Müasir centlmen işləməlidir. İşsiz insanlar özləri çox darıxır və digərləri üçün də darıxdırıcı olur. Sən həmişə məşğul olmalı, maraq göstərməli və həmçinin müasir dünyaya öz töhfəni verməlisən.
3. Nəzakətlilik və nümunəvi davranış qaydaları olduqca vacibdir, həmçinin onlardan lazımı situasiyalarda istifadə etmək qabiliyyəti tələb olunur.
Mən həmişə qadınlar üçün qapını açır, onların paltolarını saxlayır və həmişə nəzarət edirəm ki, onların yolun qıraq hissəsi ilə getməsinlər. Masa arxasından kimsə qalxanda və ya kimsə masaya əyləşəndə həmişə ayağa durmaq lazımdır. .
4. Çox lovğalıq etmə və iddialı davranma. Milliyyətçilik və irqçiliyi, cinsi ayrı seçkiliyi unut, insanlar haqqında onların mənşə və mənsubiyyətinə görə fikir yürütmə.
5. Şəhərdə qısa şortlarla gəzmək kişiyə yaraşmaz. Yay başmaqları və şortlar şəhər üslubuna uyğun deyil. Onları ən yaxşı halda çimərliyə və tennis kortuna geyinmək olar.