-1 C
Baku
Saturday, December 14, 2024

Top-menecerə özünü yeni yerdə göstərmək və kollektivi özündən uzaqlaşdırmamaq üçün yardım ola biləcək 19 məsləhət

Təsəvvür edin, siz yeni şirkətə işə gəlmisiniz və sizdən əvvəl formalaşmış mədəniyyətə – öz ənənələri, qeyri-rəsmi qaydaları və liderləri olan mühitə düşmüsünüz. Siz peşəkar menecersiz və həmçinin sözün yaxşı mənasında təkəbbürlüsünüz.

 Siz qarşıda duran mühiti öyrənməklə və başa düşməklə, müvəffəqiyyətli olmaq istəyirsiz. Şübhəsiz, əvvəlcə sizə xüsusi diqqət yetirəcəklər. Sizdən gözlənilənləri sübut etmək yaxud tabeçiliyinizdə olanların və rəhbərin ümidlərini boşa çıxarmaq üçün sizin təxminən cəmi üç ay vaxtınız var. Şirkətdə yerinizi möhkəmləndirmək üçün cəmi üç ay.  Birinci növbədə nə etməlisiz? Və nəyi heç vaxt etməməlisiz? Bu ardıcıl təlimatdır.

1. Təşkilatın bütün əsas işçilərinə baş çəkin, onlarla şəxsən tanış olun və söhbət edin, şirkətin işləri barədə onların müvqeləri ilə maraqlanın, səlahiyyətləri sahəsində olan vəziyyəti öyrənin.

2. Öz ərazinizi yaradın: kabinetenizi lazımi şəklə gətirin, o, müvəqqəti sığınacaq kimi yox, şirkətə ciddi və uzun müddətə gəlmiş işçinin iş yeri kimi görünsün.

3. İnsanlarla onların ərazisində ünsiyyətdə olun, həmkarları öz kabinetinizə dəvət etməklə məhdudlaşmayın, onların iş otaqlarına getməkdən çəkinməyin.

4. Şirkətin ərazisini öyrənin, hamı ilə yeməkxanaya gedin, şirkətin əhval-ruhiyyəsini və mühitini hiss etmək üçün əlinizdən gələni edin.

5. İnsanların rəyini öyrənin və  onu doğru qəbul edin. Əvvəlki iş  yerinizin təcrübəsindən götürdüyünüz konsepsiyalardan və təsəvvürlərinizdən müvəqqəti olaraq imtina edin.

6. Qısa müddətdə yerinə yetirilməsi mümkün olan xırda konkret işləri və layihələrə əl atın. Paralel olaraq audit keçirmək və strategiyanı hazırlamaq olar.

7. Yeni şirkətdə işləyən gundən “biz” və “bizdə” deməyə öyrənin (əgər bilmirsinizsə).

8. Tabeçiliyinizdə  olanlara etimad krediti verin. İnsanlarla işləməyə həvəsli və hazır olmağınızı nümayiş etdiriin, onların fikrinə qulaq asın, vəzifənizə alışmaq üçün onlardan təşəbbüs gözlədiyinizi bildirin.

9. Tabeçiliyinizdə  olanları diaqnostika edin, yoxlama prosesini onlara bildirmədən, hər birinin səriştəsi barədə öz fikrinizi yaradın.

10. Tez-tez və nümayişkaranə şəkildə  yeni adamalar və yeni məsləhətçilər gətirməkdən çəkinin. Bu zaman bir-iki nəfər “öz” adamlarınızı gətirməklə komanda yaradın və ya etibar etdiyiniz bir neçə adam cəlb etməklə yeni layihəyə başlayın.

11. Sizin həqiqətən nəyə qadir olduğunuzu sübut etmədən, boyük büdcə tələb etməyin. Ehtiyac olduğu halda, yaxın üç ayda gəlir gətirə biləcək kiçik konkret layihəyə büdcə tələb edin.

12. Həmkarlara və tabeçiliyinizdə olanlara”sən”  deyə müraciət etməyin, lakin onlarla quru, rəsmi və soyuq da davranmayın.

13. Kollektivlə  tanışlığı qeyri-rəsmi kabab və timbildinq gecə əyləncələrini təşkil etməklə başlamayın.

14. Birinci iş günündən ”Biz indidən sonra necə yaşayacağıq” mövzusunda geniş müşavirələr yığmayın, lakin adamalrı uzun müddət məlumatsız saxlamayın.  Bir həftədən sonra müşavirə yığmaq əsl vaxtdır.

15. Detalların dərinliyinə gedərək (bu alınmayacaq), tabeçiliyinizdə  olanların işini görməyə çalışmayın. Lakin səthi fikir söyləməklə məhdudlaşmayın. Düz üsul: biznes-proseslər barədə ümumi təsəvvür yaratmaq, iki-üç halda probləmə dərindən diqqət yetirmək və işi yaxşılaşdırmağın təşəbbüskarı olmaqdır.

16.  Vacib məsələlərin həlli üçün, hətta siz tamamilə mövzunu bilmədiyiniz halda, baş direktorun və xüsusən sahibkarın yanına qaçmayın. İdeal variant: çox məsələləri özünüz həll edin, lakin direktoru iş barədə məlumatlandırın (məsələn vacib e-mail göndərdiyiniz halda məktubun surətini ona göndərin). Daha vacib qərarların qəbulunda rəhbərin yanına məsləhət üçün gedin, bəzən rəhbəri rahat buraxmaq arzusu sizin bazar vəziyyətindən və şkafda olan skeletlərdən tam informasiyanız olmadığı halda qərar qəbul etməyinizə gətirə bilər.

17. “Fikir liderlərini” ayırın, onları  özünüzə müttəfiq edin, vacib məsələlərdə  onlarla məsləhətləşin.

18. Ofisdəki insanaların sizin işdə olmağınızı varlıq kimi qəbul etməsi üçün və işə can yandırmağınızıı görməsi üçün, işdə fiziki olaraq çox olun. Ancaq bu halda onlar da işə can yandırarlar.

19. İşə başladığınız birinci üç ay ərzində çoxsaylı münaqişələrə başlamayacağınıza söz verin. Həqiqi vacib səbəbə görə siz özünüzə bir münaqişə icazə verə bilərsiniz və bu münaqişədən yalnız qalib kimi çıxmalısınız.

Son xəbərlər
Digər xəbərlər