13 C
Baku
Saturday, May 18, 2024

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Hicran Əyyubova 01.05. 2024-cü il tarixindən Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilib.

Hicran Əyyubova Azərbaycan Dillər Universitetində bakalavriat, Gəncə Dövlət Universitetində isə magistratura səviyyəsi üzrə təhsil alıb. O, 2006-2022-ci illərdə İ.Şıxlı adına Qazax rayonu Kosalar kənd tam orta məktəbində müəllim, 16.12.2022-ci il tarixindən isə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbində direktor vəzifəsində çalışıb. İngilis, fransız, türk dillərini bilir.

Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən monitorinqlərin məqsədi orta ixtisas təhsili müəssisələrində kadr potensialının və tədris prosesinin təkmilləşdirilməsidir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər