Tramp iyulun 8-də Ankarada Zelenski ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp iyulun 8-də Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Volodimir Zelenski ilə görüşəcək. Bu, iyulun 5-də Ağ Evin mətbuat xidməti tərəfindən dərc edilən Amerika liderinin iş qrafikindən məlum olub.

ABŞ prezidenti iyulun 7-də Ankaraya gələcək və Rəcəb Tayyib Ərdoğan ilə görüşəcək. İyulun 8-də isə sammit tədbirlərində iştirak etdikdən sonra Tramp Zelenski (Bakı vaxtı ilə saat 15:30) ilə jurnalistlər üçün qapalı formatda ikitərəfli görüşlər keçirəcək.

Saat 17:15-də Tramp mətbuat konfransında çıxış edəcək, daha sonra isə ABŞ-yə qayıdacaq.

“Reuters” agentliyinin iyulun 5-də yüksək vəzifəli amerikalı rəsmiyə istinadən yaydığı məlumata görə, Tramp Zelenski ilə Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etməyi planlaşdırır. Görüşdən sonra isə Amerika liderinin böyük ehtimalla Rusiya prezidenti Vladimir Putin ilə əlaqə saxlayacağı gözlənilir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər