9 C
Baku
Friday, December 13, 2024

Tramp özünü Avram Linkolnla müqayisə edib

ABŞ lideri Donald Tramp özünü ölkə tarixində müstəsna yeri olan – quldarlığı azad etmiş prezident Avram Lincolnla müqayisə edib.

RİA Novosti xəbər verir ki, Tramp bu barədə mənsub olduğu Respublikaçılar Partiyasının iclasında çıxış edərkən bildirib.

O qeyd edib ki, Avram Linkolndan bəri afroamerikalılar üçün hər hansı bir prezidentdən daha çox iş görüb: “Afroamerika icması üçün 47 il vəzifədə olan Co Bidendən daha çox iş görmüşəm. Yenidən seçildiyim zaman daha da yaxşı olacaq”.

Xatırladaq ki, ABŞ tarixinin ən böyük prezidentlərindən biri hesab olunan Abram Linkoln ABŞ-da köləliyi ləğv edib. 1861-1865-ci illərdə prezident olduğu dövrdə, həmçinin, vətəndaş müharibəsinin qarşısı alınıb.

Linkoln Respublikaçılardan seçilən ilk prezidentdir.

Son xəbərlər
Digər xəbərlər