6 C
Baku
Sunday, December 15, 2024

Tramp rəsmi olaraq ikinci dəfə prezidentliyə namizəd oldu

Prezident ABŞ Donald Tramp, rəsmi olaraq ikinci dəfə ölkənin prezidentliyinə namizəd olmağa razılıq verib. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

“Mən ABŞ prezidentliyinə namizədliyimi böyük hörmətlə qəbul edirəm”, – deyə Tramp Ağ Evin çəmənliyində keçirilən konfransda söyləyib.

Qeyd edək ki, Trampın əsas rəqibi avqustun 21-də Demokratlar Partiyasına namizədliyini irəli sürmüş Co Bayden olacaq. Seçkilər noyabrın 3-də keçiriləcək.

Trampın sözlərinə görə, qarşıdan gələn seçkilər “ölkə tarixində ən vacib hadisələrdən biri olacaq”. Belə ki, “daha əvvəl seçicilər bu qədər aydın seçimlə qarşılaşmamışdılar – iki fərqli fəlsəfə və iki yanaşma. Bu seçkilər ya Amerikanın xəyalını qoruyub saxlamağı bacardığımızı, ya da sosialist ideologiyanın taleyimizi pozmasına icazə verdiyimizi göstərəcək”, – deyə prezident vurğulayır.

Bundan əlavə, Donald Tramp çıxışında rəqibi Co Baydeni tənqid edib. Onun fikrincə, Bayden ölkədə karantin rejimini tətbiq edəcək və bununla da iqtisadiyyatı məhv edəcək. “Co Baydenin planı – virus probleminin həlli deyil”, – Tramp söyləyir.

Eyni zamanda, prezident rəqibini Çinin siyasətini həyata keçirməkdə günahlandırır. “Baydenin proqramı Çində, mənim proqramım isə ABŞ-da hazırlanıb”.

Xatırladaq ki, qarşıdan gələn seçkilərdə Tramp qalib gələrsə, ABŞ-ın vitse-prezidenti Mayk Pompeo olacaq. Yox, əgər Bayden qalib gələrsə, bu vəzifəyə Kamala Harris təyin ediləcək.

Son xəbərlər
Digər xəbərlər