11 C
Baku
Wednesday, December 11, 2024

Tramp Senata müdafiəsi ilə bağlı məktub göndərə bilər

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Amerika Senatında impiçmentlə bağlı prosesdə yazılı surətdə çıxış etməyi planlaşdırır.

Bu barədə mənbələrə istinadən “NBC News” bildirib.

Məlumata görə, Tramp Senata müdafiəsi ilə bağlı məktub göndərə bilər.

Telekanal bildirib ki, Floridada olan Tramp respublikaçıların impiçmentə qarşı çıxışlarını izləyir. O, partiyadaşlarını müttəfiqləri adlandırıb.

Mənbənin məlumatına əsasən Tramp impiçment prosesində ona bəraət qazandırılacağından “ruhlanıb, müzakirənin möhləti ona kömək edib.

Yanvarın 14-də ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

Qərarın lehinə 232 nəfər səs verib, 197 nəfər sənədin əleyhinə çıxıb, 5 nəfər isə səs verməyib.

İmpiçment bir maddə üzrə elan edilib – qiyama təhriketmə. Qətnamədə bildirilir ki, Trampın hərəkətləri Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən “ağır cinayətlər və səhv hərəkətlər” ifadəsinə uyğundur.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək “zəif respublikaçılara kömək etmək üçün” Kapitoliyə getməyə çağırıb. Trampın tərəfdarları Kapitolini mühasirəyə alıb, onlar bundan sonra zorla binaya girib və prezident seçkilərində Co Baydenin qələbəsini təsdiqləyən Konqresin birgə sessiyasını yarımçıq kəsiblər. Hadisələr zamanı baş verən qarışıqlıqlar zamanı beş nəfər həlak olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər