9 C
Baku
Thursday, December 12, 2024

Tranzit daşımaların həcmi 11% artıb – Azərbaycan Dəmir Yolları

Bu ilin I rübündə “Azərbaycan Dəmir yolları” QSC-nin xəttilə 3 mln. 810.1 min ton yük daşınıb.

Banker.az xəbər verir ki, bu barədə QSC-nin rüblük hesabatında məlumat verilir.

Bildirilir ki, bu yüklərin 1 mln. 521.4 min tonu və ya 39.9%-i beynəlxalq daşımaların (idxal-ixrac), 1 mln. 424.6 min tonu və ya 37.4%-i tranzit daşımaların, 864.1 min tonu və ya 22.7%-i daxili daşımaların payına düşüb.

Qeyd edək ki, hesabat dövründə daşınmış yüklərin həcmi ötən ilin I rübü ilə müqayisədə 40.5 min ton və ya 1.1% çox olub. Həmçinin, cari ilin I rübündə tranzit daşımaların həcmi 139 min ton və ya 10.8%, daxili daşımaların həcmi isə 281.8 min ton və ya 48.4% artıb.

Beynəlxalq daşımaların (idxal-ixrac) həcmində isə azalma müşahidə olunur. Belə ki, illik müqayisədə bu azalma 380.2 min ton və ya 20%-dir.

 

Son xəbərlər
Digər xəbərlər