9 C
Baku
Thursday, December 12, 2024

Tural Mailov DOST-un sədrinə müşavir təyin edilib

Tural Mailov 19 avqust 2024-cü tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Bu barədə Banker.az DOST Agentliyinə istinadən xəbər verir.

Tural Mailov 1985-ci ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini ABŞ-nin Miçiqan Ştatının Battle Creek şəhərində alıb. Daha sonra Qərb Universitetinin “Beynəlxalq hüquq” ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2008-ci ildə “Kazimir Partners Azerbaijan” MMC-də tədqiqatçı analitik vəzifəsi ilə başlayan Tural Mailov sonradan həmin şirkətin icraçı direktoru vəzifəsinə qədər yüksəlib. Daha sonra “Caspian Financial” şirkətinə rəhbərlik edib. Sonrakı dövrlərdə o, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir sıra ölkələrində fəaliyyət göstərən müxtəlif nüfuzlu şirkətlərin rəhbəri vəzifələrində çalışıb. O, biznes fəaliyyəti ilə yanaşı, həmçinin Avropada fəaliyyət göstərən beynəlxalq media qurumuna da rəhbərlik edib.

Tural Mailov, həmçinin Qiymətli Kağızlar Komitəsinin və Bakı Fond Birjasının Akkreditasiya lisenziyalarına malik üzvü olub. O, Qiymətli Kağızlar Komitəsinin təşkil etdiyi attestasiya imtahanından maksimum bal toplayaraq şəhadətnaməyə sahib ekspert olub.

 

Son xəbərlər
Digər xəbərlər