9 C
Baku
Thursday, December 12, 2024

Turizm Reyestrinin aparılması qaydası dəyişib

Nazirlər Kabinetinin “Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” qərarına dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Reyestr turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılacaq. Eyni zamanda qərarla Reyestrin strukturu da dəyişib. Belə ki, turizm sənayesinin subyektləri bundan sonra aşağıdakı kimi olacaq:

-turoperatorlar və turagentlər;

-turizm bələdçiləri;

-yerləşmə xidmətləri göstərən subyektlər;

-ictimai iaşə xidmətləri göstərən subyektlər;

-əyləncə xidmətləri göstərən subyektlər;

-işgüzar turizm fəaliyyəti göstərən subyektlər;

-özündə bir neçə fəaliyyət sahəsini birləşdirən qarışıq tipli turizm fəaliyyəti göstərən subyektlər;

-turizm nəqliyyat xidməti göstərən subyektlər;

-çimərlik xidmətləri göstərən subyektlər;

-turizm təhsili və təlimi xidmətləri göstərən şəxslər;

-turizm sənayesi assosiasiyaları;

-sənətkarlar;

-digər turizm xidmətləri göstərən subyektlər;

Turizm sənayesi və turizm fəaliyyəti ilə bağlı məlumatların monitorinqlərinin nəticələri də Reyestrin strukturunda yer alacaq.

Qərara əsasən, Reyestrdən istifadə qaydaları da dəyişib.

Reyestrdə yerləşmə vasitələri üzrə: yerləşmə vasitəsinin növü, otaqların sayı (hər bir təsnifat üzrə), çarpayıların sayı, mehman-xanalara (hotellərə) münasibətdə, həmçinin ulduz kateqoriyası barədə məlumat da yer alacaq.

Həmçinin, turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 (on beş) gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər.

Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə uyğun olaraq ulduz kateqoriyası əldə edilən tarixdən 15 (on beş) gün müddətində Reyestrə daxil etməlidirlər.

Turizm sənayesi subyektləri Reyestrdə onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 (on beş) gün müddətində bu məlumatların Reyestrdə yenilənməsini təmin etməlidirlər.

Həmçinin, Turizm Reyestrində istifadəçilərə turizm üzrə investisiya layihələri artıq təqdim edilməyəcək.

Son xəbərlər
Digər xəbərlər