18 C
Baku
Saturday, April 27, 2024

Türk lirəsi son bir həftədə 12% devalvasiya edib, bu davam edir

Türkiyə Prezidenti Receb Tayyip Ərdoğandan bazar üçün daha bir nikbinlik vəd edən daha bir təyinat olsa belə, lirə yenidən tarixi antirekordunu yenilədi.

Banker.az xəbər verir ki, sessiya açılandan dollar/TL cütlüyünün məzənnəsi  23.64 tarixi maksimumu test etdikdən sonra, bir qədər geri çəkildi. Bakı vaxtı ilə 11:20 radələrinə USD/TRY cütlüyü 23.4940 səviyyəsində ticarət olunur. Bu da sessiya açılandan 39 kuruş, yaxud 1.70% artımdır.

Ərdoğan ABŞ-ın bank direktoru Hafize Gaye Erkanı Türkiyə Mərkəzi Bankının rəhbəri vəzifəsinə seçərək, daha ənənəvi siyasətə qayıdış siqnalı vermək üçün bütün lazımi siqnalları verdi. O, həmçinin iqtisadiyyatdan məsul nazir postuna hörmətli keçmiş maliyyə naziri Mehmet Şimşək təyin etmişdi.

Bununla belə, lirə sərbəst enişdə görünür və milli valyuta ay ərzində devalvasiyasını 12%-ə çatdırır.

Bir çox investorlar Mərkəzi Banka təyinatı və ya verilən siqanallardansa real iş görmək istəyirlər. Məsələn, buraya faiz artımlarını aid etmək olar.

Qlobal diqqət mərkəzində olan mərkəzi bankdır Federal Ehtiyat Sistemi, o cümlədən gələn həftə ECB və Yaponiya Bankının da pul siyasəti ilə bağlı iclas edəcəklər.

Türkiyə Mərkəzi Bankı ilə bağlı investorlar faizlərin kəskin artırılacağı düşüncəsindədir. TCMB mümkündür ki, uçot faiz dərəcəsini artıq 8.5%-dən 25.00%-ə qədər yüksəldəcəklər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər