9 C
Baku
Thursday, December 12, 2024

Türkiyə Avropada qaz istehlakının ən ucuz olduğu 3-cü ölkə olub

Türkiyə enerji sahəsinə qoyduğu investisiyalar və təbii qaz idxal etdiyi qonşuları ilə yaxşı münasibətləri nəticəsində Avropada təbii qazdan ən ucuz istifadə edən 3-cü ölkə oldu.

Banker.az bu barədə “Sabah”a istinadən xəbər verir.

Türkiyəni ucuz qiymətlərdə yalnız Macarıstan və Ukrayna qabaqlayıb. Qeyd edək ki, Ukraynadakı qiymətlərə müharibə təsir edib. Belə ki, müharibə səbəbindən hökümət kommunal xidmətlərə görə ödəniş ala bilmir.

Avropada təbii qazın ən bahalı olduğu ölkələr isə Hollandiya, Danimarka, Avstriya və İtaliya olub.

2022-ci ilin oktyabrında Avropa paytaxtlarında yaşayış evlərinin təbii qazının orta satış qiyməti ilin əvvəli ilə müqayisədə 46% artaraq kilovat/saat üçün 16.22 avrosentə yüksəlib. Hollandiyanın paytaxtı Amsterdamda təbii qazın satış qiyməti sabit qalaraq, sentyabr ayında olduğu kimi 42.08 olub. Beləliklə, Amsterdam əvvəlki aylarda olduğu kimi, Avropada təbii qazdan ən bahalı istifadə edən paytaxt olub.

“Sabah”ın xəbərinə görə, 29 Avropa ölkəsinin paytaxtlarında təbii qaz qiymətləri müqayisə edildikdə, Ankara təbii qazdan ən ucuz istifadə edən ilk 3 paytaxt arasındadır.

Son xəbərlər
Digər xəbərlər